2022-ci ilin yanvar ayında Azərbaycanda 62,3 milyon manat məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2021-ci ilin yanvar ayının göstəricisindən 85,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvarda respublikada 219,5 min ton sement (azalma 6%) istehsal edilib.
1,3 min ton (artım 18,2%) tikinti gipsi, 11,2 min ton (artım 3,5 dəfə) sementdən tikinti blokları və kərpicləri, 191,4 min ton (artım 41,7%) hazır beton qarışığı, 2,9 min ton (azalma 9,4%) tikinti əhəngi, 54 min kubmetr (artım 44,4%) tikinti kərpici, 1,388 min ton (artım 4,4 dəfə) emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar, 6,1 min kubmetr (artım 69,4%) betondan yığma tikinti konstruksiyaları, 4,5 min ton (artım 32,4%) asfalt istehsal edilib.
Xəbər verildiyi kimi, hazırda Azərbaycan hökuməti Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa layihələri həyata keçirir. Bu işlər tikinti materiallarının istehsal həcminin artmasına təkan verir.**
B.Rüstəmbəyov