2021-ci ildə Azərbaycan əhalisinin sayı 37,233 min nəfər və ya 0,4% artaraq 2022-ci il yanvarın 1-nə 10 milyon 156,366 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 53%-i şəhər, 47%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Əhalinin 22,7%-i Bakıda yaşayır.
2021-ci ildə ölkə üzrə 112,284 min doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 11,3% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,2 təşkil edib. Körpələrdən 2,958-sı əkiz, 84-ü üçəm, 12-si isə dördəm doğulub.
Bu dövrdə 76,878 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 7,7 təşkil edib. 2020-ci ildə 7,6 olub. Ölənlərin 60,3%-i 65 yaş və yuxarı– 46,334 min nəfər, 21,004 min nəfər – 50-64 yaş arası (27,3%), 7, 747 min nəfər – 18-49 yaş arası olnlar (10,1%), 1,793 min nəfər – 17- yaşınadək olan şəxslərdir (2,3%).
2021-ci ildə ölkədə qeydiyyat şöbələri tərəfindən 56,314 min nikah (2020-ci illə müqayisədə artım 59,3%) və 17,191 min boşanma halı (artım 17,5%) qeydə alınıb.
Bu dövrdə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2 397 min nəfər gələn və 570 min nəfər ölkədən gedən qeydə alınıb.**
X.Nəsirzadə