2022-ci il yanvar ayının yekunları üzrə Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artaraq 2 milyard 406,5 milyon kVt/saat olub. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ölkədə 2 milyard 340 milyon kVt/saat (artım 8,6%) əmtəəlik elektrik enerjisi istehsal olunub.
İstilik elektrik stansiyalarında 2 milyard 254,7 milyon kVt/saat (artım 9%), su elektrik stansiyalarında 75,3 milyon kVt/saat (artım 0,4%) elektrik enerjisi istehsal edilib.
Qeyd olunan dövrdə külək elektrik stansiyalarında 6,7 milyon kVt/saat (azalma 25,6%), günəş elektrik stansiyalarında 3,2 milyon kVt/saat (artım 1,6 dəfə) elektrik enerjisi istehsal edilib.
2021-ci ilin yekunları üzrə Azərbaycanda elektrik enerjisinin istehsal həcmi 2020-ci illə müqayisədə 0,5% - 25 milyard 958,1 milyon kVt/saata qədər artıb.**
N.Abbasova