BMT-nin missiyası Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə (Qarabağ və Şərqi Zəngəzura) səfər etməyi planlaşdırır. Bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva bəyan edib.
“BMT-nin nümayəndələri yaxın vaxtlarda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcəklər və orada qiymətləndirmə missiyası həyata keçirəcəklər”, - Andreyeva bu gün Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş zamanı bildirib.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. **
E.Şəfiyev