Azərbaycanda koronavirus infeksiyasına 4449 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 764,202 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 7 148 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər (ötən gün 22 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 157 nəfərə çatıb.
Virusa yoluxmuş 713,324 min nəfər (sutka ərzində +9 372) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 41 min 721 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 558 (ötən gün 18 346 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 447,062 min test aparılıb.**
X.Nəsirzadə