Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 18-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Fevralın 18-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,9320 manat/1EUR səviyyəsində (fevralın 17-nə 1,9287 manat/1EUR) müəyyən edilib.
AMB fevralın 18-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0224 manat/1RUB səviyyəsində saxlayıb.**
B.Rüstəmbəyov