2022-ci ilin yanvar ayında Azərbaycana 129,9 min ton mineral gübrə idxal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 62,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $44 milyon 292,2 min (azalma 55,6%) təşkil edib.
Bundan başqa, ötən il Azərbaycana $3 milyon 528,2 min dəyərində (azalma 17,4%) 21 min 421,4 ton (azalma 14,3%) sement və sement klinkeri idxal edilib.
Hesabat dövründə respublikaya $38 milyon 709,1 min dəyərində (azalma 0,2%) 28 min 738,7 ton (azalma 22,4%) polietilen idxal edilib.
2021-ci ildə Azərbaycana $226 milyon 261,1 min dəyərində 213,9 min ton metalyayma məhsulu (azalma 30%), $53 milyon 237,9 min dəyərində 69,381 min ton qara metaldan hazırlanan çubuqlar (azalma 63,3%), $3 milyon 797,6 min dəyərində 28 min 769,1 ton qara metaldan hazırlanan günyə (azalma 23,8%), $206 milyon 799,5 min dəyərində 123,3 min ton qara metaldan hazırlanan boru (azalma 16,6%) idxal edilib.**
B.Rüstəmbəyov