Rusiyanın “KAMAZ” PHC Azərbaycana K5 yük avtomobillərinin tədarükünü 400 ədədə qədər artırmağı planlaşdırır.
“Hazırda “KAMAZ” Azərbaycana 50 ədəd yeni nəsil K5 yük avtomobilinin tədarükünə dair birbaşa müqavilyə malikdir. Perspektivdə K5 yük avtomobillərinin tədarükünü 400 ədədə qədər artırmaq planlaşdırılır”, - RF İqtisadi İnkişaf Nazirliyi məlumat verir.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, nazirlikdən bildiriblər ki, 2022-ci ilin ikinci rübündə “KAMAZ” Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) "ArazVadisiİqtisadiZonası” Sənaye Parkında servis mərkəzi istifadəyə verəcək.
Nazirlikdən vurğulanır ki, Bakı və Moskva ASK məhsullarının qarşılıqlı ticarətinin artırılmasına şərait yaradacaq “Aqroekspress” layihəsinə xüsusi diqqət ayırır. Rusiya tərəfi bu logistika layihəsinin reallaşdırılması üzərində 2021-ci ilin iyul ayında Azərbaycana ilk biznes missiya zamanı işləyib. 12 fevral 2022-ci ildə təzə xurma yükü ilə ilk qatar Azərbaycandan Rusiyaya göndərilib. Geriyə reys ilə Azərbaycan bazarı üçün Rusiya kartofunun tədarükü hazırlanır. Artıq fevralın 18-nə Azərbaycanda meyvə-tərəvəz məhsulları ilə ikinci qatarın Rusiyaya göndərilməsi planlaşdırılır, bu da servisin operativ tətbiqi və inkişafından xəbər verir.
2021-ci ildə Rusiya şirkətlərinin Azərbaycaa iki miqyaslı biznes missiyası baş tutub. Səfərlər zamanı Rusiya şirkətləri, Azərbaycanın dövləıt şirkətləri, nazirlikləri və idarələri arasında 150-də çox ikitərəfli görüşlər keçirilib. Biznes missiyaların yekunlarına dair bir sıra müqavilələr imzalanıb. Misal üçün, “Evraz” şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) podratçısı ilə $25 milyon dəyərində relslərin tədarükünə dair müqavilə bağlanıb.
Rusiya biznesinin Azərbaycanda çox sayda flaqman layihələri reallaşdırılıb: “QAZel” və “QAZon NEXT” (QAZ Qrupu) kommersiya yük avtomobillərinin quraşdırma istehsalına başlanılıb, helikopter servis mərkəzi yaradılıb (“Vertolyotı Rossii” SC), NOVA-340 taxıl yığan kombaynlar istehsal olunur (“Rostselmaş” MMC), həmçinin Rusiya istehsalı dəmir yolu vaqonların Azərbaycana tədarükü həyata keçirilir (“Altayvaqon” SC). **
R.Əhmədov