Rusiyanın "Lukoil" neft şirkəti "Şahdəniz" qaz layihəsində Malayziyanın "Petronas" şirkətindən aldığı 9,99% pay üzrə sövdələşməni bağladığını təsdiq edib, sövdələşmənin məbləği $1,45 milyarda yaxın təşkil edib. Bu barədə şirkətdən məlumat verilir.
Bunun nəticəsində “Lukoil” layihədəki payını 10%-dən 19,9%-dək artırıb. Layihənin digər iştirakçıları aşağıdakı şirkətlərdir: BP plc (29,99%, perator), TPAO - 19%, SOCAR - 14,35%, NICO - 10% və SGC - 6,67%.
Öncə “Lukoil” “Petronas” ilə “Şahdəniz”dəki 15,5% payının $2,25 milyarda alacağına dair razılaşmışdı. Bunun hesabına “Lukoil”a layihədəki payını 25,5%-ə çatdırmağa imkan verərdi. Lakin, SOCAR “Petronas”ın elanından sonra 4,35% pay alıb, bu səbəbdən “Lukoil” yalnız 9,99% pay aldı.
“Şahdəniz” qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakı şəhərindən 70 km cənub-şərqdə yerləşir. Layihə PSA sazişi çərçivəsində reallaşdrılır, 2006-cı ildə yataqda sənaye hasilatına başlanılıb. 2021-ci ildə layihə üzrə hasilat 22,7 milyard kubmetr qaz və 4,2 milyon ton neft və qaz kondensatı təşkil edib.
2018-ci ildən etibarən layihənin ikinci mərhələsi reallaşdırılır. Hasilat həcminin 26 milyard kubmetr qaz, 5 milyon tonadək neft və qaz kondensatı olacağı gözlənilir. Hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarında satılır, həmçinin 2020-ci ilin dekabr ayından Avropaya nəql olunur. **