Pakistanın dövlət aviadaşıyıcısı Pakistan International Airlines (PIA) Kəraçi və Lahor şəhərlərindən Bakıya birbaşa reyslərin açılması anonsunu verdi. Bu barədə “İnterfaks-Azərbaycan” «The Express Tribune» nəşrinə istinadən məlumat verir.
Nəşrin məlumatına görə, Kəraçidən Bakıya ilk reys mayın 6-da, Lahordan – mayın 19-da yerinə yetirilməlidir.
Hər bir reys həftədə bir dəfə yerinə yetiriləcək. **
E.Şəfiyev