2021-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $1 milyard 133 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
«2021-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi 3,6% artaraq $1 milyard 133 milyon təşkil edib”, - AMB-dən qeyd olunub.
2020-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi təxminən $1,94 milyard təşkil edib və 2019-cu illə müqayisədə 17,1% artıb.**
X.Nəsirzadə