Cənubi Koreyanın Könsan-Puktoəyalətinin Tequ şəhərində Koreya-Azərbaycan Assosiasiyasının açılışı olub. Bu barədə “İnterfaks-Azərbaycan” Azərbaycanın Koreyadakı səfirliyinin Twitter shifəsinə istinadən məlumat verir.
“Assosiasiya Azərbaycanla Könsan-Puktoəyaləti arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlib”, - məlumatda deyilir.
Tədbirdə çıxış edən Azərbaycanın Seuldakı səfiri Rəmzi Teymurov Azərbaycanda bzinesin aparılması ilə bağlı yeni imkanlar barədə iştirakçılara məlumat verib və azad edilmi ərazilərdə Qarabağ və Şərqi Zəngəzurda qarşılıqlı səmərəli biznes layihələrinin vacibliyini qeyd edib. **
E.Şəfiyev