Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir.
“18 fevral tarixində Tərtər rayonunda mina partlayışı nəticəsində 1963-cü il təvəllüdlü Alışan Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər”, - Agentliyin məlumatında deyilir.
Onların, 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.
Qeyd edilir ki, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib. **
B.Rüstəmbəyov