Azərbaycanda koronavirus infeksiyasına 3 817 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 768,019 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 4 449 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər (ötən gün 30 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 182 nəfərə çatıb.
Virusa yoluxmuş 720,865 min nəfər (sutka ərzində +7 541) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 37 min 972 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 451 (ötən gün 14 558 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 459,513 min test aparılıb.**
X.Nəsirzadə