Şənbə günü Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ regionundakı qanunsuz erməni silahlı dəstəsi Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Azərbaycan Ordusunun Xocavənd rayonununTağaverd kəndiistiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub”, - nazirliyin məlumatında deyilir.
MN-dən qeyd olunur ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub. **
R.Kərimov