Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işçilərin tibbi və fərdi qəza sığortası xidmətlərinin təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Bu barədə ANAMA-nın elanında deyilir.
Təkliflər 4 mart 2022-ci il tarixinədək qəbul olunur.
Prezident İlham Əliyev 2021-ci il yanvarın 15-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Agentliyin nizamnamə fondu 100 min manat məbləğində təsdiq edilib.*
R.Əhmədov