Ermənistanda bir qrup şəxs azərbaycanlı deputatların səfərinə etiraz olaraq İrəvanda “Zvartnots” beynəlxalq hava limanına gedən yolu bağlayıb.
Polis əməkdaşları yolu açmağa çalışarkən tərəflər arasında dava baş verib. Danışıqlar nəticəsində yolda hərəkəti bərpa etmək mümkün olub. Etirazçılar yenidən aksiyalar keçirəcəklərini deyiblər.
Onlar özlərini Qarabağ müharibəsi iştirakçıları kimi təqdim ediblər.
Milli Məclisin deputatları, Avronest Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov PA-nın fevralın 22-də İrəvanda keçiriləcək komitə iclaslarında iştirak edəcəklər.
Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Mariya Karapetyan mətbuata bildirib ki, onda olan məlumata görə, azərbaycanlı deputatlar artıq İrəvandadır.*