Bu gün “Aqroekspress” layihəsi çərçivəsində Astaradan ikinci qatar Şimal-Cənub nəqliyyat dəhlizi iləRF-yə yola düşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Alliance logistics” şirkətindən (layihənin Azərbaycan tərəfdən operatoru) məlumat verilib.
“Qatar 1000 tona yaxın kənd təsərrüfatı məhsulları ilə yüklənmiş 20 vaqondan ibarətdir”, - deyə şirkətin nümayəndəsi qeyd edib.
Azərbaycan “Aqroekspress” layihəsinə bu ilin yanvar ayında qoşulub. Fevralın 12-də Azərbaycandan “Aqroekspress” layihəsi çərçivəsində ilk yük qatarı (1000 tona yaxın təzə xurma) Rusiyaya göndərilib.*
X.Nəsirzadə