Azərbaycanda koronavirus infeksiyasına 1 min 38 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 775 min 432-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 685 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər (ötən gün 24 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 min 261 nəfərə çatıb.
Virusa yoluxmuş 737 min 710 nəfər (sutka ərzində +3 min 324) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 28 min 461 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 683 (ötən gün 11 min 629 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 491 min 40 test aparılıb.*
E.Şəfiyev