Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin manatla geniş pul kütləsində xüsusi çəkisi 2017-ci ildəki 60,1%-dən 2021-ci ildə 45,8%-ə enib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Twitter hesabında yazıb.
Bu göstərici 2018-ci ildə 51,9%, 2019-cu ildə 52,1%, 2020-ci ildə 53,1% təşkil edib.
“Nağd puldan istifadənin azalması “kölgə” iqtisadiyyatının miqyasının azalmasını ifadə edən mühüm göstəricidir”, - deyə nazir qeyd edib.*
X.Nəsirzadə