Fevralın 22-də Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Kremldə danışıqlar aparacaqlar.
Kremlin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağa dair üçtərəfli bəyanatlarının icrasının gedişi, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası tədbirləri müzakirə olunacaq.
Həmçinin siyasi, iqtisadi-ticarət və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı bütün kompleks məsələlərin müzakirəsi planlaşdırılır.
“Danışqıların yekunları üzrə qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannamə imzalanacaq”, - deyə məlumatda qeyd olunur.*