Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.
“Prezident İlham Əliyev Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəlib. O, naməlum əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev