Varşavada Polşa-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə əlaqədar tədbir keçirilib. Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) məlumatında deyilir.
“Tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov polşalı investorları və şirkətləri Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında yenidənqurma işlərində iştirak etməyə çağırıb”, - deyə məlumatda qeyd olunur.
İkitərəfli əlaqələrin inkişaf potensialının yüksək olduğunu deyən Polşa xarici işlər nazirinin müavini Marçin Pşidaç 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda tərəfindən imzalanmış strateji əməkdaşlıq sazişinin bunun üçün möhkəm təməl yaratdığını bildirib.
BMTM-in sədri Fərid Şəfiyev Cənubi Qafqazda cari poseslərə toxunaraq Azərbaycanın Ermənistanla qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması prinsipi ilə sülh müqaviləsini imzalamağa hazır olduğunu, lakin Ermənistandakı millətçi və revanşist qüvvələrin buna qarşı çıxdıqlarını bildirib. O, Avropa İttifaqının bu münasibətlərin normallaşmasında son aylarda fəal rol oynadığını qeyd edib.*
E.Şəfiyev