Rusiya Prezidenti Vladimir Putin Cənubi Qafqazda kommunikasiyaların bərpasının bütün region ölkələri üçün faydalı olacağını bildirib.
“Həm orada (Qarabağda) yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsi baxımından, həm də ticari-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat kommunikasiyalarının açılması baxımından artıq müəyyən razılaşmalar var”, - deyə o, bu gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.
Putinin sözlərinə görə, nəqliyyat kommunikasiyalarının bərpası bütün region ölkələrinin maraqlarına cavab verir.
“Əlbəttə, hələ mübahisələr var, üzərində işləniləsi məsələlər var. Lakin biz öz tərəfimizdən bu prosesin dinc vasitələrlə getməsi, sülh yolu ilə inkişaf etməsi və əlbəttə, bu prosesə cəlb edilmiş bütün tərəflərin razı qalmasına nail olmaq üçün əlimizdən gələni edəcəyik. Yeri gəlmişkən, həm Rusiya, həm də Azərbaycanın digər qonşuları nəqliyyat kommunikasiyaları məsələsinin həllində maraqlıdır”, - deyə o vurğulayıb.*
E.Şəfiyev