Prezident İlham Əliyev Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda əksini tapmış bütün öhdəlikləri yerinə yetirəcəyinə ümidvar olduğunu deyib.
“Ümid edirik ki, Ermənistan tərəfi 2020-ci ilin noyabrında imzalanmış bəyanatın bütün bəndlərini yerinə yetirəcək”, - deyə İ.Əliyev bu gün Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşdə bildirib.
O, Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılmasında Rusiyanın rolunu yüksək qiymətləndirib.
“Rusiya Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılmasında və münaqişənin nizamlanmasının qaynar mərhələdən siyasi-diplomatik sahəyə keçirilməsində çox mühüm rol oynayıb və 2020-ci ilin noyabrında Sizin fəal iştirakınızla imzalanmış üçtərəfli Bəyanat bu çoxillik münaqişəni nizamlamağımıza imkan verdi”, - deyə İ.Əliyev vurğulayıb.*
X.Nəsirzadə