Rusiya mübahisəli məsələlərə, o cümlədən Azərbaycanla Ermənistan arasında sərhəd məsələlərinin nizamlanmasına yardım göstərməyə davam edəcək. Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.
“Daha bir prioritet məsələ Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınmasıdır. Əlbəttə ki, hər hansı mübahisəli məsələlərə, o cümlədən sərhəd məsələlərinin nizamlanmasına hər cür yardım göstərməyə davam edəcək, mövcud olan kəskin problemlərin həllinə kömək göstərəcəyik”, - deyə o, bu gün Kremldə Prezident İlham Əliyevlə danışıqların yekunları üzrə bildirib.
“Ümumiyyətlə, bugünkü danışıqlar aydın göstərdi ki, Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təminatında Rusiya və Azərbaycanın ümumi maraqları var”, - deyə RF Prezidenti əlavə edib.*