Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, RF və Azərbaycan maliyyə sahəsində qarşılıqlı fəaliyyəti möhkəmləndirməlidir.
“Ölkələrimizin maliyyə sahəsində qarşılıqlı fəaliyyətini bundan sonra da möhkəmləndirməyi vacib hesab edirik. Qarşılıqlı hesablaşmalarda milli valyutaların daha fəal istifadəsi və Azərbaycan banklarının Rusiya Bankının maliyyə məlumatlarının ötürülməsi sisteminə qoşulması şübhəsiz ki, buna kömək edə bilərdi”, - deyə Putin bu gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların yekunları üzrə bildirib.*
A.Əzizov