SOCAR neft-qaz infrastrukturunda baş verə biləcək qəzaların öncədən müəyyən edilməsi üçün pilot layihəyə start verib. Bunu SOCAR-ın İnformasiya texnologiyaları və kommunikasiya idarəsinin rəis müavini Fuad Əliyev deyib.
“Bu məqsədlə Internet of Things (Əşyaların İnterneti) və süni intellektdən istifadə olunur ki, bu da əsas çatışmazlıqları və boşluqları müəyyən etməyə imkan verəcək”, - deyə o, bu gün “IV Sənaye İnqilabında trendlər” mövzusunda keçirilən tədbirdə bildirib.
F.Əliyevin sözlərinə görə, bu gün əsas mövzulardan biri istehsalatda istifadə olunan avadanlıqlara nəzarətdir. “Bununla əlaqədar avadanlığın sıradan çıxacağını əvvəlcədən təyin etmək üçün preventiv tədbirlərin görülməsi çox önəmlidir”, - deyə o əlavə edib.*
X.Nəsirzadə