Fevralın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
“Telefon danışığı zamanı tərəflər Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafı məsələlərini, regional problemləri, xüsusilə Ermənistanla münasibətləri və Rusiya-Ukrayna böhranını müzakirə ediblər”, - deyə Türkiyə Prezident Administrasiyasının yaydığı məlumatda bildirilir.
Əliyev və Ərdoğan ikitərəfli münasibətlər və regional məsələlərdə koordinasiyalı şəkildə hərəkət etmə qərarlılıqlarını bir daha təsdiqləyiblər.*
N.Abbasova