Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ildə tədavülə buraxdığı yenilənmiş 50 manatlıq pul nişanı dünyanın ən yaxşı yeni banknotu seçilib.
AMB-nin məlumatına görə, fevralın 22-də “Beynəlxalq Pul Nişanları Assosiasiyası” (IACA-ABŞ) tərəfindən dünyanın aparıcı mərkəzi banklarının iştirakı ilə ABŞ-ın Vaşinqton şəhərində beynəlxalq konfrans keçirilib. Konfransda təşkil olunmuş yeni pul nişanlarının “Dünyanın ən Yaxşı yeni Banknotu”nominasiyası üzrə müsabiqəsində Azərbaycanın yenilənmiş 50 manatlıq pul nişanı mövzusuna, dizaynına və təhlükəsizlik sistemlərinə görə “Dünyanın ən Yaxşı yeni Banknotu” tituluna layiq görülərək qalib seçilib.*
R.Əhmədov