Fevralın 23-də AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və FIFA-nın prezidenti Gianni İnfantino Azərbaycanda futbolun inkişafı, FIFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələr aparıblar.
“Görüşdə son dövrlər ölkəmizdə həyata keçirilmiş futbol infrastrukturu layihələri barədə ətraflı məlumat verilib”, - deyə AFFA-nın məlumatında bildirilir.
E.Məmmədov Azərbaycan Premyer Liqasında yaxın gələcəkdə VAR sisteminin tətbiq olunacağını bildirib və bu istiqamətdə görülmüş işlər haqqında FIFA prezidentini məlumatlandırıb.*
R.Kərimov