Azərbaycanda koronavirus infeksiyasına 1 min 979 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 779 min 783-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 372 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər (ötən gün 19 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 min 307 nəfərə çatıb.
Virusa yoluxmuş 749 min 524 nəfər (sutka ərzində +7 min 198) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 20 min 952 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 506 (ötən gün 10 min 318 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 511 min 864 test aparılıb.*
R.Kərimov