1 yanvar 2022-ci il tarixinə Azərbaycanın dövlət borcu 16 milyard 899,1 milyon manat ($9 milyard 940,6 milyon) məbləğində və ya ÜDM-in 18,2%-i səviyyəsində qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
2021-ci il yanvarın 1-nə dövlət borcu 16 milyard 938,6 milyon manat və ÜDM-in 23,4%-ni təşkil edib. Beləliklə, 2021-ci ildə dövlət borcunun nominal həcmi 0,2% azalıb.
2022-ci il yanvarın 1-nə dövlət borcunun 81,8%-i xarici dövlət borcunun ($8 milyard 135,7 milyon və ya 13 milyard 830,7 milyon manat, ÜDM-in 14,9%-i), 18,2%-i daxili dövlət borcunun (3 milyard 68,4 milyon manat və ya ÜDM-in 3,3%-i) payına düşüb.
2021-ci ildə xarici dövlət borcunun həcmi 7,8% azalıb, daxili dövlət borcu 58% artıb.
Azərbaycan hökumətinin qiymətləndirmələrinə görə, 2025-ci ildə dövlət borcunun həcmi $7,7 milyarda qədər (ÜDM-in 14,1%-i) azalmalıdır.*
A.Əzizov