Prezident İlham Əliyev bildirib ki, mina təhlükəsi məcburi köçkünlərin Qarabağa və Şərqi Zəngəzura qayıtması üçün əsas problemdir.
“Müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Müharibə başa çatandan sonra ilk aylarda Paşinyan onlarda mina xəritələrinin olmaması barədə inadla danışırdı. Bu, yalan idi və biz bilirdik ki, minalanmış sahələrin xəritəsi var. Bir neçə aydan sonra artıq onlar etiraf etdilər ki, bəli, belə xəritələr mövcuddur, lakin onları bizə verməkdən imtina edirdilər. Əslində, bununla beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və barələrində danışdığınız qaçqınları ölümə məhkum edirdilər”, - deyə dövlət başçısı Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, minalanmış sahələrin xəritələri yekunda təhvil verildi, lakin onların dəqiqliyi 25 faiz təşkil edir. “Yəni, əslində, yararsızdır. Bu, başlıca problemdir ki, niyə biz artıq indi insanları qaytara bilmirik”, - deyə İ.Əliyev əlavə edib.*
E.Şəfiyev