Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Moldova parlamentinin sədri İqor Qrosu ilə videoformatda görüşüb.
“Əliyev Azərbaycan-Moldova əlaqələrinin dinamik və intensiv xarakter daşıdığını məmnunluqla vurğulayıb. O, bu kursun davam etdirilməsinin və əlaqələrimizin daha da gücləndirilməsinin vacibliyini qeyd edib”, - deyə dövlət başçısının rəsmi saytında bildirilir.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, enerji sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar, beynəlxalq parlamentlərarası təsisatlarda birgə fəaliyyət və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.*
E.Şəfiyev