“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev Polşanın “LOT” aviaşirkətinin baş əməliyyat direktoru Matsey Vilklə görüş keçirib. AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə əməkdaşlığın perspektivləri və mülki aviasiyanın aktual məsələləri müzakirə edilib.
Tərəflər, həmçinin epidemiya əleyhinə məhdudiyyətlərdən çıxmaq üçün aviaşirkətlər tərəfindən görülən ardıcıl tədbirlər və sərnişin reyslərinin mərhələli şəkildə bərpa edilməsi haqqında məlumat veriblər.
“Eldar Hacıyev qeyd edib ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizm və işgüzar münasibətlərin inkişafı üçün əlavə stimul olacaq. Matsey Vilk Polşada xaricilərin girişinə qoyulan bir sıra koronavirus məhdudiyyətlərinin aradan qaldırılması fonunda “LOT” aviaşirkətinin Varşavadan Bakıya birbaşa reyslərinin açılmasında maraqlı olduğunu bildirib”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə