Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı “SOCAR Energy Ukraine” törəmə şirkəti ştat rejimində çalışır.
“Fəaliyyətimizi adi rejimdə davam etdiririk. Hələlik yanacaq ehtiyatı kifayət qədərdir, bununla belə, bəzi yanacaqdoldurma məntəqələrində fasilələr yarana bilər. Hər kəsin yanacaqla təmin edilməsi üçün əlimizdən gələni edirik”, - deyə şirkətin Facebook səhifəsində bildirilib.
Məlumatda qeyd olunur ki, mübahisəsiz prioritet təcili yardım xidmətləri nəqliyyatının və kritik infrastrukturun daşınmasıdır.*
N.Abbasova