Bakı Birinci Qarabağ müharibəsi zamanı (1991-1994-cü illər) Qarabağ və Şərqi Zəngəzurda azərbaycanlıların kütləvi məzarlıqları məsələsini beynəlxalq səviyyədə qaldırmaq üçün əlindən gələni edəcək. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Azərbaycan tərəfi azərbaycanlıların kütləvi məzarlıqları məsələsini beynəlxalq səviyyədə qaldırmaq, bu məsələyə siyasi-hüquqi qiymət verilməsinə nail olmaq üçün maksimum səy göstərəcək. Bu, həm bizim münaqişə qurbanları qarşısında vəzifəmiz, həm də gələcəkdə belə insidentlərin baş verməməsi üçün beynəlxalq birliyin vəzifəsidir”, - deyə C.Bayramov bu gün Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı keçirilən konfransda çıxışı zamanı bildirib.
XİN başçısı zalda əyləşən xarici diplomatlara müraciət edərək onları bu məsələyə biganə qalmamağa çağırıb. “Bu zalda xarici diplomatların olması ilə əlaqədar fürsətdən istifadə edərək sizi biganə qalmamağa (Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi məsələsinə) çağırıram”, - deyə o bildirib.*
E.Şəfiyev