Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğu Vətənə geri dönmək istəyən vətəndaşlarımız üçün qeydiyyata başlayır.
“Xarkov, Çerniqov, Sumı, Poltava, Zaporojye, Dnepropetrovsk vilayətlərində yaşayan və Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları qeydiyyatdan keçmək üçün Fəxri Konsulluğa müraciət edə bilərlər”, - deyə diplomatik missiyadan “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
Hazırda konsulluq ştat rejimində fəaliyyətini davam etdirir və Azərbaycan vətəndaşlarına imkanları daxilində müxtəlif köməkliklər göstərir.
Azərbaycan vətəndaşları qeydiyyat üçün aşağıdakı nömrələrlə əlaqə saxlamalıdırlar: 057 700 05 31, 063 047 05 50
R.Əhmədov