Azərbaycan Ukrayna ətrafında vəziyyətin siyasi-diplomatik yollarla həllinə tərəfdardır. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Ukraynada baş verən hadisələr narahatlıq doğurur. Azərbaycan bu məsələnin siyasi-diplomatik yollarla və dialoq əsasında həll edilməsini dəstəkləyir. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutub. Ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edir, beynəlxalq münasibətlərdə Bandunq prinsiplərini rəhbər tutur və bu mövqedən çıxış edir”, - deyə o, AzTV telekanalına müsahibəsində bildirib.*
E.Şəfiyev