Ermənistan və Rusiyanın müdafiə nazirləri Suren Papikyan və Sergey Şoyqu cümə günü Moskvada görüş zamanı Ermənistan ordusunda islahatlar prosesini müzakirə ediblər. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat verir.
“Görüşdə tərəflər Ermənistan SQ-nin modernizasiyası və islahatlar prosesini müzakirə ediblər. Tərəflər Ermənistan-Rusiya müttəfiqlik əməkdaşlığı və siyasi dialoqun dinamikasını, regiinda hərbi-siyasi vəziyyətin stabilləşməsində Ruisiyanın rolunu, o cümlədən, Qarabağda Rusiya sülhməramı missiyasının effektivliyini yüksək qiymətləndiriblər”, - nazirlikdən məlumat verilir. **