Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib, onu ad günü münasibətilə təbrik edib.
“Prezident İlham Əliyev prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, ona qardaş Türkiyənin inkişafı və firavanlığı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb”, - Azərbaycan
Prezidentinin Mətbuat Xidmətindən məlumat verilir.
Ərtdoğan göstərilən diqqətə və təbrikə görə Əliyevə təşəkkür edib.
Məlumatda qeyd olunur ki, dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildirib, əlaqələrimizin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar. **
R.Kərimov