Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb, göstərilən humanitar yardım və dərman preparatlarına görə minnətdarlığını bildirib.
“Beynəlxalq tərəfdaşlarla danışıqları davam etdirirəm. Azərbaycan prezidenti İlham Əliyev ilə söhbət etdim. Göstərilən humanitar yardımı və göndərilən dərman preparatlarını qiymətləndiririk. Ukraynaya dəstəyə görə minnətdarıq”, - Zelenski şənbə günü öz Twitter hesabında yazıb. **