RF prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində sabitlik və təhlükəsizliyin təminatı məsələlərini müzakirə ediblər. Bu barədə şənbə günü Kremlin saytında məlumat verilir.
Məlumatda qeyd olunur ki, Ermənistan-Azərbaycan sərhədində sabitlik və təhlükəsizliyin təminatı məsələləri daxil olmaqla, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında müəyyən edilən razılıqların icrasının praktiki aspektlərinə dair fikir mübadiləsi davam etdirilib.
Həmçinin, ikitərəfli gündəliyin bəzi aktual mövzularına toxunulub. **