Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan RF ilə danışıqlar təşkil etməyi təklif ediblər. Bu barədə Ukraynanın dövlət başçısı Volodimir Zelenski məlumat verib.
“Prezidentlər Əliyev və Ərdoğan Rusiya ilə danışıqlar təşkil etməyi təklif ediblər. Bunu yalnız alqışlamaq olar”, - Zelenski ölkədə vəziyyət barədə axşam videomüraciətində qeyd edib. **