Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib ki, Azərbaycan prezidenti İlham Əliyev ilə söhbətin nəticəsi olaraq, SOCAR-ın Ukraynadakı bütün yanacaqdoldurma məntəqələrinə təcili tibbi yardım və FHDX-nın maşınlarını pulsuz yanacaqla təmin etmək tapşırılıb.
"Azərbaycan prezidenti İlham Əliyevlə danışığımızın nəticəsi olaraq, SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrinə təcili tibbi yardım və FHDX maşınlarını pulsuz yanacaqla təmin etmək tapşırılıb. Gecə Azərbaycandan dərman gətirən təyyarə gözləyirik”, - Zelenski şənbə günü Twitter hesabında yazıb. **