Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski dərman preparatları və tibbi avadanlıqların göndərilməsinə görə Azərbaycan tərəfinə təşəkkür edib.
“Biz Ukraynaya əməli dəstəyə görə dost Azərbaycana dərin təşəkkürümüzü bildiririk”, - deyə o, bu gün Twitter hesabında yazıb.
Qeyd edək ki, Azərbayan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilib.*
R.Kərimov