Ukraynanı tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün fevralın 28-də iki çarter reysinin təşkil edilməsi planlaşdırılır. Bu barədə Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş məlumatda deyilir.
“Ukraynadakı vəziyyətlə əlaqədar ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün fevralın 28-də Azərbaycan dövləti tərəfindən iki çarter reysinin təşkil edilməsi nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
Rumıniya ərazisindən reallaşdırılacaq çarter reyslərindən birincisində Türkiyənin “Tailwind” şirkəti vasitəsilə 168 Azərbaycan vətəndaşının, “Azərbaycan Hava Yolları” ilə həyata keçiriləcək növbəti çarter reysi ilə isə 174 vətəndaşımızın Azərbaycana gətirilməsi planlaşdırılır.*
R.Kərimov