Rusiyanın “Spartak” (Moskva) klubu “Leyptsiq”ə (Almaniya) qarşı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununu Bakıda keçirə bilər. Bunu Moskva təmsilçisinin mətbuat xidmətinin rəhbəri Dmitri Zelenov deyib.
“Matç üçün prioritet məkan Bakıdır. UEFA-dan olan həmkarlarımızla bu variant üzərində işləyirik. Həftənin əvvəlində məsələ ilə bağlı konkret məlumat alacağıq”, - deyə o bildirib.
Komandalar arasındakı ilk görüş martın 10-da baş tutacaq. Cavab qarşılaşması isə martın 17-də gerçəkləşəcək.*