Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) martın 29-31-də Dubay şəhərində keçiriləcək “Parlaq gələcək üçün davamlı innovasiyalara investisiyaların yatırılması” mövzusundaİnvestisiya Konfransında təmsil ediləcək.
KOBİA konfransda iştirak ilə əlaqədar agentliyə təşkilati xidmətlər göstərə bilən şirkət seçir.
Seçim təkliflərin sorğusu üsulu ilə keçirilir.
İştirak haqqı – 450 manatdır.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir.**
B.Rüstəmbəyov